XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var - "Stop" qoyuldu
Ekonomiks13:07 24.08.2026

Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var - "Stop" qoyuldu

Azərbaycanın ən böyük ixrac şirkətlərindən biri olan “Almeyvə” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş Quliyev Rəşid Yusif oğlunun rəhbərlik etdiyi şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 8 173 726,4 manat vergi borcu yaranıb.

Sözügedən borcun ödənilməsi üçün Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

Məhkəmənin qərarı ilə 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86, inzibati binada qeydiyyatda olan Rəşid Quliyev Yusif oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, 2024-cü ildə də Rəşid Quliyevin ölkədən çıxışına “stop” qoyulmuşdu.

KİV-də yayılan məlumatlara görə, sözügedən şirkətin Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə bağlı olduğu iddia edilib.

Aydın