XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

67 yaşlı məmur işçisinə görə cərimələndi
Ekonomiks12:29 24.08.2026

67 yaşlı məmur işçisinə görə cərimələndi

Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin rəisi İsmayıl İsmayılov məhkəmə qətnaməsini icra etmədiyi üçün cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, 1959-cu il təvəllüdlü İsmayıl İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci (icra sənədi üzrə tələblərin yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib edilib.

Belə ki, sözügedən məmur Mənzil Təsərrüfatı İdarəsinin Vüqar Əşrəfov adlı işçisini qanunsuz olaraq işdən çıxarıb. Məhkəmə tərəfindən sözügedən şəxsin işə bərpa olunması barədə qərar qəbul edilib. Lakin İsmayıl İsmayılov məhkəmə qətnaməsini icra etmədiyi üçün Şirvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə idarə rəisi bildirib ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsində dəyişikliklər aparılır və hazırda idarədə yalnız dalandar vəzifəsi boşdur. Ona görə də işçini işə götürə bilmir. Vüqar Əşrəfov işə götürülmək üçün CV ilə Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edərsə, onun işə bərpa ediləcəyini bildirib.

Vüqar Əşrəfov isə qeyd edib ki, hazırda Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsi fəaliyyət göstərir və heç bir ştat ixtisar olunmayıb. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu bilərəkdən işə bərpa etmir. O, məhkəmə qərarının icra olunmasını xahiş edib.

Məhkəmənin qərarı ilə İsmayıl İsmayılov sözügedən maddə ilə təqsirli bilinərək 3 000 manat məbləğində inzibati cərimə olunub.

Aydın