XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Şükufə Yusupova yemək yeyir, huşu özündədir"
Ölkə12:44 24.08.2026

"Şükufə Yusupova yemək yeyir, huşu özündədir"

Piyada keçidindən keçərkən maşın vuran Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova bu səhər reanimasiyadan çıxarılıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Kinemotoqrafçılar İttifaqından məlumat verilib.

Məlumatda onun bir müddət xəstəxanada şəraitində qalacağı bildirilib:

"Müalicəsi orada davam edəcək. Yemək yeyir, huşu özündədir. Amma çanağında sınıqlar var".

Qeyd edək ki, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib. Aktrisa Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Bahar Rüstəmli