Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Bildirilib ki, Şəfa Əlizadə 39 yaşında dünyasını dəyişib.
Mərhum, 2012-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçi və laborant işləyib. Şəfa Əlizadə 2015-ci ildən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında laboratoriya müdiri vəzifəsində çalışırdı. Onun tədqiqat sahəsi torpaqşünaslıq və torpaq ekologiyası idi.
Şərhlər