İdman 11:16 30.05.2023

Benzema "Real"dan ayrıla bilər - futbol tarixinə düşəcək ən bahalı müqavilələrdən biri...

Kərim Benzemanın 14 illik Real Madrid macərası sona çata bilər.

Qaynarinfo xəbər verir ki, La Liqa nəhəngi ilə müqaviləsi başa çatan fransalı futbolçu futbol tarixində ən bahalı müqavilə təkliflərindən birini alıb. 

"Relevo"nun məlumatına görə, Benzema adı açıqlanmayan Səudiyyə Ərəbistanı komandalarından birinin transfer siyahısındadır. Ərəb klubu fransalı hücumçuya illik 100 milyon avro qarşılığında 2 illik müqavilə təklif edib. 200 milyon avroluq müqavilədən əlavə, futbolçuya imic hüquqları, reklam gəlirləri və uşaqları üçün məktəbdə təhsil şəraiti yaradılması təklif olunub.

Benzemanın son zamanlar susqunluğu "Real" rəhbərliyini narahat edib və klub futbolçunun ayrılmaq fikrində olduğundan şübhələnib.

35 yaşlı futbolçu bu mövsüm "Real"ın formasında meydana çıxdığı 42 oyunda 30 qola, 6 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov