Dünya 09:30 03.10.2023

Benzemanın klubu Süleymaninin heykəlinə görə İranda oynamaqdan imtina etdi (FOTO)

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu Asiya Çempionlar Liqasının ikinci turunda İranın "Sepahan" klubu ilə səfər oyununa çıxmayıb.

Qaynarinfo "Faisal RSL"yə istinadən xəbər verir ki, "Əl-İtihad”ın imtinasına səbəb Qasım Süleymaninin meydançanın yanında yerləşən heykəli olub.

"Əl-İttihad”ın nümayəndələri meydana daxil olmaqdan imtina edərək, heykəlin stadiondan götürülməsini tələb ediblər. Uzun fasilədən sonra "Əl-İttihad” arenanı tərk edib.

Luis Felipe, N'Qolo Kante və Kərim Benzemanın yer aldığı Səudiyyə Ərəbistanı klubuna 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.

Qeyd edək ki, Qasım Süleymani İranın hərbi lideri, general-leytenant və İrandan kənarda xüsusi əməliyyatlar keçirmək üçün nəzərdə tutulmuş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində Əl-Qüds xüsusi təyinatlılarının komandanı olub. 

O, 2020-ci il yanvarın 3-nə keçən gecə Bağdad hava limanı yaxınlığında ABŞ-ın aviazərbəsi nəticəsində öldürülüb.

Nizami Bağırov