Xəbər lenti

Dünya 16:22 09.06.2022

Benzin və dizellə işləyən avtomobillərin satışı qadağan olunacaq - Aİ

Karbon dioksid emissiyalarını sıfıra endirmək məqsədi ilə Avropa Parlamentinin üzvləri 2035-ci ildən bütün Aİ üzv dövlətlərində yeni benzin və dizel avtomobillərinin satışını qadağan edən Avropa Komissiyasının ətraf mühit planının lehinə səs veriblər.

Qaynarinfo bu barədə "Dw" agentliyinə istinadən xəbər verir.

Çərşənbə günü (8 iyun) Avropa Parlamenti 2035-ci ildən etibarən Aİ-nin bütün üzv dövlətlərində yeni benzin və dizel mühərrikli avtomobillərin satışının qadağan edilməsi planının lehinə səs verib.

 Məlumata görə, keçirilən səsvermədə Avropa Parlamenti planı 239 əleyhinə, 440 lehinə səslə təsdiqləyib.

Avropa Komissiyasının fikrincə, "bu fəaliyyət Aİ-nin ekoloji məqsədlərinə nail olmağa kömək edəcək" və yanacaq xərclərini azaltmaq və havanın keyfiyyətini yaxşılaşdırmaq vətəndaşların əldə edəcəyi faydalar sırasındadır.

Qeyd edilir ki avtomobil sənayesi lobbisinin hissələri və mühafizəkar nümayəndələr daxili yanma mühərriklərinin mövqeyini qorumağa çalışdılar. Onlar karbon qazı emissiyasının kvotasını 100 faiz əvəzinə 90 faizə endirməyi təklif ediblər. Amma sonda təklif səs çoxluğu qazanmayıb.

Bu qanun hələ də icra olunmayıb və lazımi müzakirələrdən sonra Aİ-yə üzv ölkələrin parlamentləri tərəfindən təsdiqlənməlidir.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->