Xəbər lenti

Beqoviç:
İdman 15:40 19.02.2024

Beqoviç: "Qarabağ”a keçəndən sonra özümü yenidən doğulmuş kimi hiss etdim"

"Qarabağ"ıbn sabiq qolkiperi Asmir Beqoviç Azərbaycandakı günlərini xatırlayıb.

Qaynarinfo-nun məlumatına görə, hazırda İngiltərə Çempionşipində QPR-in formasını geyinən təcrübəli qapıçı "Transfermarkt"a verdiyi müsahibədə Ağdam klubuna minnətdarlığını da çatdırıb.

Bosniyalı qolkiper "Qarabağ"a "Bornmut"dan icarə əsasında keçdiniz. Dörd ay Azərbaycanda oldunuz. Bu necə baş verdi?" sualını aşağıdakı kimi cavablandırıb:

"İngiltərədə mən hər stadionu və hakimi tanıyırdım. Sadəcə, bir dəyişiklik və yenilik görmək istədim. Niyə də olmasın? Hamı düşünürdü ki, niyə ora gedirsən? "Bornmut"da qalıb ehtiyat oyunçular skamyasında otura bilərdim. Klub digər qapıçılara üstünlük verdi. "Qarabağ”a keçəndən sonra özümü yenidən doğulmuş kimi hiss etdim. Mən həvəsləndim, yeni bir mədəniyyət yaşadım və yaxşı insanlarla tanış oldum. "Qarabağ”a görə "Milan”ın qapısı açıldı. O vaxta görə minnətdaram və hələ də nəticələri izləyirəm, klubdakı insanlarla əlaqə saxlayıram".

Beqoviç "Bornmut"dan "Qarabağ"a 2019-cu ildə icarə əsasında keçib. Daha sonra o, "Milan"a və "Everton"a yollanıb.  

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->