Xəbər lenti

İdman 18:42 06.09.2022

"Beşiktaş"ın futbolçularına hücum edən azarkeş azadlığa buraxıldı

Türkiyə Superliqasının ötən turunda  keçirilən "Ankaragücü" - "Beşiktaş" matçının sonunda meydana daxil olaraq "Beşiktaş"lı futbolçulara hücum edən azarkeş məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis bölməsindəki əməliyyatlardan sonra sağlamlığı yoxlanılan şübhəli Ankara Qərb Ədliyyəsinə gətirilib. İstintaqı aparan prokurora ifadə verən azarkeş həbs olunması üçün Ankara Qərb Sülh Cəza Məhkəməsinə göndərilib. Burada hakimlər tərəfindən dindirilən təxribatçı fanat həftədə bir dəfə hüquq-mühafizə orqanlarında sənədə imza atmaq şərti ilə sərbəst buraxılıb.  

Sözügedən şəxs Ankara Eryaman Stadionunda keçirilən matçın final fitindən dərhal sonra meydana daxil olaraq "Beşiktaş"lı futbolçulara hücum etmişdi. Nəticədə "İdmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında” qanuna qarşı çıxmaq ittihamı ilə nəzarətə götürülmüşdü.

Qarşılaşma "Beşiktaş"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->