Dünya 14:14 28.06.2022

Birinə aşiq olmazdan öncə onun haqqında ən çox nə ilə maraqlanırsınız? - Yeni araşdırma

Birinə aşiq olmazdan əvvəl onun haqqında ən çox nə ilə maraqlanırsınız? Başqasının sizin haqqınızda nə bilməsini istərdiniz? Yeni bir araşdırma, münasibət axtaranlar və yeni tanışlar tərəfindən ən çox və ən az verilən sualları müəyyənləşdirib.

Həyatınıza gətirəcəyiniz insan haqqında sizi ən çox nə maraqlandırır və ya digər insanın ilk sizin haqqınızda nə öyrənməsini istəyirsiniz?

Qaynarinfo xəbər verir ki, "OkCupid" yeni tanışların bir-birlərinə verdiyi ən çox və ən az ümumi sualları üzə çıxaran bir araşdırma aparıb.

SİZİN ÜÇÜN HANSI DAHA ROMANTİK HADİSƏDİR?

Ən çox cavablandırılan suallardan biri "Sizin üçün daha romantik hadisə hansıdır?” sualıdır. İstifadəçilərin 82%-i bu sualı keçmədən cavablandırıb. Sualda iki variant var. Biri Parisdə, digəri təbiətdə, düşərgə çadırında öpüşməkdədir. Kişilərin 62%-i çadırda öpüşməyi daha romantik gördüyü halda, qadınların 52%-i Parisdə öpüşməyi daha romantik hesab edir.

Əvvəla, bu sualın cavabı xarakteriniz haqqında çox şey deyir. Bəziləri rahatlığı sevirlər. Bunun üçün daha sıx bir mühitdə olmağı və bir az daha bahalı səfərə çıxmağı üstün tuta bilər. Digərləri təbiətdə, daha tənha və sakit bir mühitdə daha rahatdırlar, lakin evdəki rahat həyatlarını güzəştə gedə bilərlər. Axı, hər seçim bir imtinadır.

NÖVBƏTİ MÜNASİBƏTLƏRİNİN NƏ VAXTA QƏDƏR DAVAM ETMƏSİNİ İSTƏYİRSİNİZ?

Bu sualın dörd variantı var: "Bir neçə aydan bir ilə qədər, bir gecədə, bir neçə il və ya bir ömürlük". İstifadəçilərin 36%-i bir neçə aydan bir ilə qədər davam etməsini istədikləri seçimi qeyd edib. "Ömrümün sonuna qədər" deyən şəxslər isə 25%-i təşkil edib. Ən az üstünlük verilən variant isə 15 faiz olub - Bir neçə il.
 
Bu sualın cavabı insanın o an münasibətdən gözləntisini çox açıq şəkildə təsvir edir. Ən aşağı cavabın 'bir neçə il' olması çox güman ki, qeyri-müəyyən bir əlaqə ilə üst-üstə düşməsi ilə əlaqədardır.

UZUN MÜDDƏTLİ PLANLAR OLMAYAN İNSANLARLA BİRLİKDƏ OLARDINMI?

Cavabları "bəli" və "yox" olan bu suala istifadəçilərin 3/4-ü cavab verib. "Bəli, bir yerdə olacağam” deyənlər 63%-lə öndədir.

Burada kişilər üçün bu nisbət daha yüksəkdir, çünki qadınların yalnız 35%-i "Bəli, uzunmüddətli planları olmayan biri ilə birlikdə olardım" deyib, kişilərin isə 72%-i...

YENİ TANIDIĞIN BİRİNDƏ ƏN HƏYƏCANVERİCİ ŞEY NƏDİR?

İki variantı olan bu sual "bədəninizi araşdırmaq" və "ortaq maraqları araşdırmaq" olaraq bölünüb.

82%-i yenicə tanış olduqları biri ilə ortaq maraqları kəşf etməyi daha maraqlı gördüklərini söyləyib.

MÜNASİBƏTDƏ QISQANCLIQ SAĞLAMLIQDIR?

Araşdırmada bu suala cavab verənlərin 59%-i qısqanclığı sağlam görmür.

Kişilərin 42 faizu bir əlaqədə qısqanclığın normal olduğunu söyləsə də, qadınlarda bu nisbət yüzdə 33-dür.

BİRİNİN PROFİLİNDƏN ONUN NECƏ İNSAN OLDUĞUNU BİLMƏK OLAR?

İstifadəçilərin 44%-i bunu yarıda təxmin edə bildiklərini iddia edib. İnamla "Bəli” deyənlərin nisbəti 31%-i olduğu halda, "Xeyr” deyənlərin nisbəti 11% olub.

DƏRHAL MÜNASİBƏTLƏR CƏLBEDİCİDİR?

İstifadəçilərin 82%-i "Bəli” və ya "Xeyr” cavab verməkdən imtina etməyib. Respondentlərin hamısı - 87 faiz ən çox təkəbbürlü insanların cəlbedici olmadığını bildirib. Qadınların yalnız 9%-i, kişilərin isə 13%-i təkəbbürü cəlbedici hesab edir.

QARŞINDAKI ŞƏXSİN PUL VƏ SƏRVƏTİ SİZİN ÜÇÜN NƏ QƏDƏR ƏHƏMİYYƏTLİDİR?

Münasibətlərdə pulun yeri də istifadəçilər tərəfindən cavablandırılmağa layiq suallardan biri olub. 67%-i pulu heç bir əhəmiyyət kəsb etməsə də, yalnız 3%-i bir münasibətdə pulun çox vacib olduğunu bildirib. Kişilərin yüzdə 23-ü "Pulun müəyyən mənada əhəmiyyətli olduğunu" düşündüyü halda, qadınlarda bu nisbət 53 faizdir.

Xəyal Abdullayev