Dünya 10:00 23.12.2022

Blinken G7 liderləri ilə Zelenskinin sülh təkliflərini müzakirə etdi

ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken G-7 liderləri ilə Ukrayna prezidenti Volodimir Zelenskinin sülh təkliflərini müzakirə etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Sizə deyə bilərəm ki, biz onun təklif etdiklərini araşdırırıq. Mən bu səhər G7 tərəfdaşlarımızla video zəngdə idim. Bu, danışdığımız məsələlərdən biridir", deyə Blinken bildirib.

O, Zelenskinin təkliflərini "yaxşı başlanğıc” adlandırıb, lakin ABŞ-la Ukrayna arasında birgə qiymətləndirmənin hazırlanmasının nə qədər vaxt aparılacağını açıqlamayıb.

Bundan əvvəl "The Wall Street Journal” Ukrayna prezidenti Volodimir Zelenskinin komandasının fevralın 24-də Rusiyanın tammiqyaslı işğalının ildönümündə və ya ona yaxın bir zamanda sülh planı təqdim etməyə hazırlaşdığını bildirib.

WSJ qeyd edir ki, Ukraynanın istənilən mümkün danışıqlarda mövqeyi onun döyüş meydanındakı mövqeyindən asılı olacaq və Kiyev "hərbi qələbələr əldə etməklə mümkün sülh danışıqlarına hazırlaşmaq” istəyir.

Avropalı diplomatlarının fikrincə, Rusiya prezidenti Vladimir Putinin fevral-aprel ayları arasında yeni bir hücuma başlamağa ümid edir və "bunun nəticəsini görməyincə danışıqlarda maraqlı olmayacaq".

Nizami Bağırov