Xəbər lenti

Dünya 22:24 02.08.2023

Bloggerlərə şad xəbər: YouTube süni intellektin yaratdığı videoları sınaqdan keçirir

YouTube yeni funksiyanı sınaqdan keçirdiyini açıqlayıb. Xidmət süni intellektdən istifadə etməklə yaradılan video təsvirləri həyata keçirəcək. Lakin sınaq məhdud sayda video üzərində aparılacaq.

Qaynarinfo xəbər verir ki, bu, YouTube-da yeni funksiyaların sınaqdan keçirilməsi ilə bağlı rəsmi səhifədəki qeyd sayəsində məlum olub. Xidmətin nümayəndələri iddia edirlər ki, onlar yeniliyin köməyi ilə istifadəçilərə videonun nədən bəhs etdiyini daha yaxşı başa düşmək imkanı yaratmaq istəyirlər. Həmçinin, avtomatik yaradılan təsvirlər müəlliflərin əlavə etdiyi adi təsvirləri əvəz etməməlidir.

"Video xülasəsini oxumağınızı və bunun sizin üçün uyğun olub olmadığına qərar vermənizi asanlaşdırmaq üçün süni intellekt tərəfindən yaradılmış YouTube annotasiyalarını sınaqdan keçirməyə başlayırıq. İlkin olaraq siz bu xülasələri gözdən keçirə və axtarış səhifələrində görə bilərsiniz”, - deyə rəsmi açıqlamada bildirilir.

Şirkət vurğulayıb ki, sınaq zamanı süni intellekt tərəfindən yaradılan təsvirləri məhdud sayda videolarda görmək olar. YouTube bu annotasiyaları görən istifadəçilərdən onlar haqqında rəy bildirmələrini xahiş edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?