Tanınmamış Dnestryanı bölgənin mövcudluğu Moldova üçün Avropa Birliyinə daxil olarkən problem yaratmayacaq.
Qaynarinfo "Avropa həqiqəti”nə istinadla
xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
"Moldova Aİ-yə gedən yolda Dnestryanıdan asılı deyil”, - o qeyd edib.
Borrell ərazi problemi olan Kiprin Aİ-yə üzv ola bildiyini nümunə göstərib. "Moldova da bunu edə bilər", - avropalı diplomat bildirib.
Lakin Borrelin fikrincə, ən vacibi odur ki, Moldova islahatlar həyata keçirməlidir.
Xatırladaq ki, Moldova 2022-ci ilin martında Aİ-yə üzvlük üçün müraciət edib. İyun ayında isə Moldovaya namizəd statusu verilib.
Bu il mayın sonunda Kişinyovda ölkənin Avropa İttifaqına üzvlüyünə dəstək üçün böyük mitinq keçirilib. Tədbirdə çıxış edən prezident Maia Sandu moldovalıların Aİ-yə üzv olmaq istədiklərini bildirib və üzvlük üçün son tarixi - 2030-cu il adlandırıb.
Alpər
Şərhlər