Xəbər lenti

Ölkə 16:30 07.10.2022

"Bu strukturlaşmada ən mühim yeri vətəndaş cəmiyyəti qurumları tuta bilər" - Fond sədri

(Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusu üzrə hazırlanıb)
 
Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğu ilə birbaşa bağlıdır desək, heç də yanılmarıq. Vətəndaş cəmiyyəti demokratik, müstəqil inkişaf edən bir cəmiyyəti özündə formalaşdırır. Orada əsas yeri insan, vətəndaş və şəxsiyyət tutur. 
 
Vətəndaş cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir.

Bəs, ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesi necə inkişaf edib?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı fond Prezident Administrasiyasına təkliflər paketi təqdim edib:  "Əsas məsələ vətəndaş şəmiyyətinə maliyyə resursları ilə bağlıdır. Bu gün vətəndaş cəmiyyətinin ən böyük problemi xarici qrantlarla bağlıdır. Cəmiyyətin bununla bağlı problemi var. "Qrantlar haqqında qanuna”, eyni zamanda, xaricə resurslara çıxışlarla bağlı məsələlər həllini tapmalıdır. Bizim bununla bağlı təkliflərimiz olub və hazırda da Prezident Administrasiyasında da bu istiqamətdə addımlar atılmaqdadır. Onlar da bu problemləri müzakirə edirlər, müəyyən təkliflər hazırlayırlar. Bizim təkliflərimiz də onların diqqətindədir. Ümüd edirik ki, bu istiqamətdə irəliləyişlər baş verəcək. Çünki bununla bağlı həm də münbit şərait yaradılıb. Zamnında bir çox qeyri-hökumət təşkilatları tərəfindən şəffaflıqla bağlı problemlər yaranmışdı. Bir sıra hallarda bəzi qeyri-hökumət təşkilatlarına münasibətdə beynəlxalq donorların da ayrıseçkiliyi baş vermişdi. Bu isə müəyyən problemlərin yaranmasına gətirib çıxartmışdı. Ona görə də qanunvericilikdə müəyyən dəyişikliklər baş vermişdi. Amma hazırda hesab edirik ki, qanunvercilik bu məsələlərdə həllini tapıb, artıq hansısa maneələrin mövcud olması bütövlükdə Azərbaycanda güclü vətəndaş cəmiyyətinin olmasına mene olur”.  

Əlməmməd Nuriyevin fikirincə, güclü vətəndaş cəmiyyətinin olmaması eyni zamanda dövlətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərdə vətəndaş cəmiyyətinin səsinin yetərli qədər olmasına da mane ola bilər: "Həmçinin Azərbaycan 44 günlük vətən müharibəsindən qalibiyyətlə çıxdı, yeni bir vəziyyət yaranmışdı, çağırışlar vardı, işğaldan azad olunmuş ərazilərin bərpa prosesini, eyni zamanda sülh yaratmaq prosesinə vətəndaş cəmiyyəti daha böyük töhfələr vermək imkanına malikdir. Eyni zamanda vətəndaş cəmiyyətinin bilik və bacarıqlarının artırılması ilə bağlı problemlər var. Bu istiqamətdə geniş treninqlərin davam etdirilməsi vacib məsələdir və xarici təcrübənin Azərbaycana gətirilməsi, orada tətbiq edilməsi Azərbaycan milli maraqlarına, suverenliyinə uyğun olaraq bu, çox vacib məsələdir”. 

Fond sədri hesab edir ki, cəmiyyət strukturlaşmalıdır:
 
"Bu strukturlaşmada ən mühim yeri vətəndaş cəmiyyəti qurumları tuta bilər. Vətəndaş cəmiyyətinin strukturlaşması isə mövcud olan potensialın, əhalinin potensialının aşkar edilməsi üçün mühüm bir platforma ola bilər. Bu platforma vasitəsi ilə vətəndaşlarımız öz fikir və düşüncələrini tədqim etmək imkanına malik olacaqlar. Bu da dövlərt orqanlarının fəaliyyətində problemlərin həm tez aşkar edilməsi, onların qarşısının alınması, həm də qərar qəbul etmə prosesində vətəndaş cəmiyyətinin iştirak imkanlarını genişləndirəcək. Ümumiyyətlə, hüquqi dövlətdə ən vacib məsələlərdən biri də məhz qərar qəbul etmə prosesində vətəndaş cəmiyəti iştirakçılığının səviyyəsi ilə bağlıdır”. 
 


Ə.Nuriyev Azərbaycanda hazırda vətəndaş cəmiyyətinin iştirakçılığı ilə bağlı ictimai şuraların yaradılması, ictimai müzakirələr kimi institutların mövcud olduğunu vurğulayıb: "Bu istiqamətdə işlərə başlanılıb, amma bütövlükdə vətəndaş cəmiyyətində ictimai nəzarətin həyat keçirilməsi, ictimai iştirakçılıq üçün vahid bir sistemin yaradılması prosesi başa çatmayıb. Düşünürük ki, vətəndaş cəmiyyətinin verdiyi imkanlardan biri ondan ibarətdir ki, prezidentin tövsiyələrinə uyğun olan vətəndaş cəmiyyəti institutsionallaşmalıdır. Bu, fraqmentar olaraq mövcuddur, amma hesab edirik, Prezident Yanında İctimai Məsləhətləşmə Şurasının yaradılmasına ehtiyac var. Və yaxud, məsələn, İctimai Palata da adlana bilər. Hesab edirik ki, bununla mövcud olan problemlərin birbaşa fiziki baxımdan tez və sürətli, çevik olan şəraitin çatdırılması imkanı yarana bilər. Eyni zamanda, bütövlükdə vətəndaş cəmiyyətinin yaradılmış strukturlarla bağlı institutsionallaşma prosesi özünün daha keyfiyyətli mərhələsinə gətirib çıxarda bilər. Bununla da həm ictimai nəzarət sistemi tamamlana bilər, həm ictimai iştirakçılıq sistemində zəncirin böyüməsi baş verə bilər. Eyni zamanda, dövlət orqanlarının hesabatının şəffaflığına da mühüm təsir göstərə, o cümlədən ictimai nəzarətin daha da güclənməsinə təsir edə bilər”. 

Sədr deyir ki, vətəndaş cəmiyyətinin əsas problemlərindən biri peşəkarlıqla bağlıdır ki, burada da müəyyən problemlər var: "Vətəndaş cəmiyyətinin sərbəst olaraq tədbirlərinin həyata keçirilməsi ilə bağlı yeni imkanlar yaradılmalıdır. Digər tərəfdən vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı ən mühim məsələlərdən biri beynəlxalq platformalarda iştirak etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycanla bağlı proseslərə obyektiv yanaşmanın tətbiq edilməsinə nail olmaq mümkündür. Bəzi hallarda bir çox beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı yanlış məlumatlar verilir. Real vəziyyət bir yanda qalır, amma tam fərqli bir siyasət diktə olunur. Təəssüflər olsun, vətəndaş cəmiyyəti kimi özünü göstərənlər var ki, onların işi ora-bura donos yazmaqdan ibarətdir. Onlar vətəndaş cəmiyyətinin arasına nifaq salmağa çalışırlar və s. Daşı qaldırmaq əvəzinə onun üstündən basmaqla prosesə mane olmağa çalışırlar. Bu proseslərin də öhdəsindən tezliklə gəlmək mümkündür”.

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->