Foto 14:35 31.01.2023

Bu ünvanda bina sökülür: Sakinlərə kirayə haqqı və ev veriləcək (FOTOLAR)

Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb.

Qaynarinfo "Trend"ə istinadən xəbər verir ki, bina Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində yerləşir.

Həmin binadan artıq sakinlər tam köçürülüb.

Sakinlərin bildirdiyinə görə, bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.

Həmçinin proses davam edənədək köçürülən ailələrin kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, Bakının Nizami rayonunda bir neçə yaşayış binasının sökülməsinə başlanılıb.