Sənət 11:13 20.11.2019

Üç nöqtə nağılı

HAQQARAR

19-23 noyabr ədəbi cəsarət simvolu Rafiq Tağı günləridir 

"Yeddi oğul istərəm...”
"Yeddi min yeddi yüz yetmiş yeddi dəli...”
birdən atlanıb,
tapsın qatili...
Yeddi bıçaq zərbəsilə
səkkizinci kərə
noyabr tiyəsi yortur qart ili...
"Dəmir at”lar da yortur
ağ zolaqlı "qıl körpü”də...
Yumalanır xəstəxana otaqlarında
iynəli "ağdöş kirpi”lər...
Qızım, ”əmi” sözündə
"ata” kəlməsi cilvələnir...
...Qışın qiyamətindən sonra
qiyamət gün gəlir...