Dünya 13:46 13.09.2022

Canlı efirə qançırlarla çıxan Solovyovun burnunu kim qırdırıb? – Alla Puqaçova?

Teleaparıcı Vladimir Solovyovun son canlı yayımlardan birində üzündə görünən qançırlar və sıyrıqlarla bağlı yeni təfərrüatlar məlum olub.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Teleaparıcı Otar Kuşanaşvili özünün YouTube kanalında yayımlanan "Kakovo?" yeni şousunda jurnalistin burnunun sınmasında iştirakçı olduğunu bildirib. Qalmaqallı şərhçinin sözlərinə görə, o, Solovyovla dava edib.

"Kimin daha güclü olduğuyla bağlı mübahisə edirdik – "Spartak”, yoxsa ÇSKA. Yox, Puqaçovaya görə olmayıb”, - deyən Kuşanaşvili əlavə edir ki, o, bir neçə gün əvvəl burnu sınmış və sıyrıqlarla efirə çıxan Solovyova görə təəssüf edir.

Yeri gəlmişkən, çoxları Solovyovun bunu münaqişəsi olduğu müğənni Alla Puqaçovadan aldığını düşünüb. Bununla belə, primadonna açıq şəkildə bir adamın ənginin əziləcəyini vəd etmişdi.
 
Alpər