Xəbər lenti

İdman 11:29 22.08.2023

“Çelsi” 23 yaşlı qapıçı ilə anlaşdı

"Çelsi” yeni qapıçı ilə anlaşıb.

Qaynarinfo-nun məluma görə, "Zadəganlar” Dyorde Petroviçin transferi üçün MLS klubu "New England Revolution"la razılığa gəlib. "SkySports”da yer alan xəbərə görə, klub qapıçının transferi üçün əlavələrlə birlikdə 14.5 milyon avro xərcləməyə hazırlaşır. "Çelsi" ilkin olaraq 12,5 milyon, daha sonra onun performansına əsasən 1,5 milyon funt-sterlinq ödəyəcək.

23 yaşlı qolkiper MLS-də meydana çıxdığı 22 oyunun 7-də qapısını toxunulmaz saxlayıb. 

Bununla da klub yay transfer bazarındakı xərclərini təxminən 350 milyon funt-sterlinqə çatdıracaq. Klub bu transfer dönəmində səkkiz futbolçunu heyətinə qatıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->