Xəbər lenti

İdman 13:35 20.08.2023

"Çelsi" 40 milyona aldığı futbolçunu "Qalatasaray"a pulsuz verdi - "Sehrbaz" kimdir?

"Qalatasaray" heyətinə yeni futbolçu qatıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu "Çelsi"dən Hakim Ziyeşi mövsümün sonunadək icarəyə götürüb. 

Klub Zeyişin icarəyə götürülməsi üçün "Çelsi"yə ödəniş edilməyəcək. O, 2023/24 mövsümündə 3.587.500 avro maaş alacaq.

"Çelsi" və "Qalatasaray" arasındakı anlaşmaya əsasən, İstanbul klubu mövsümün sonunda mərakeşli futbolçunu kompensassiya ödəmədən transfer edə bilər. Bu baş versə, Ziyeş 2024/25 və 2025/26 mövsümlərinin hər birində 2.850.000 avro maaş alacaq.



Hakim Ziyeş 19 mart 1993-cü ildə Niderlandın Dronten şəhərində anadan olub. "Sehrbaz" ləqəbli futbolçu futbolun sirrlətini Niderlandın "Reaal Dronten", "ASV Dronten" və "Heerenveen" klublarında öyrənib.

2012-ci ildə "Heerenveen"in əsas komandasına yüksələrək peşəkar karyerasına başlayıb. 2014-cü ildə "Tvente" onu 3.5 milyon avro qarşılığında heyətinə qatıb. Cəmi 2 il sonra "Ayaks" gənc futbolçunu 11 milyoin avroya transfer edib və 2020-ci ildə 40 milyon avroya "Çelsi"yə satıb. Hazırda "Transfermarkt" 30 yaşlı "10 nömrə"yə 16 milyon avro qiymət qoyub. 

O, ötən mövsüm "Çelsi"nin heyətində 24 oyuna çıxaraq 3 qol vurub. Zeyiş ümumilikdə peşəkar karyerası ərzində forma geyindiyi 452 matçda 125 qol vurub və 137 məhsuldar ötürmə edib.

O, "Ayaks"ın heyətində Niderland çempionluğu, ölkə kuboku, Yohan Kruyff Kubokunu qazanıb, Avropa Liqasının finalçısı olub. Mərakeşli oyunçu "Çelsi"nin heyətində Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA klublararası dünya çempionluğunu qazanıb.

"Qalatasaray"ın yeni futbolçusu Niderlandın aşağı yaş qruplarında forma geyinsə də, 2015-ci ildə tarixi vətəni olan Mərakeş millisini seçib. Bu müddətdə 54 oyuna çıxaraq, 20 qola imza atıb.



Ziyeş DÇ-2018 və DÇ-2022, həmçinin 2019-cu ilə Afrika Millətlər Kubokunda milli formanı geyinib. 

Mərakeşli oyunçu bitirmə, driblinq, uzun ötürmələr, texnika və sərbəst vuruş bacarıqları ilə tanınır. 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının ən yaxşı 20 oyunçusundan biri seçilib. Həmin ilin sonunda o, "The Guardian"ın "Dünyanın 100 Ən Yaxşı Futbolçusu" siyahısında 29-cu yerdə qərarlaşıb.

Ziyeş milli komandaya qoşulduğu 2015-ci ildən bəri bütün mükafatlarını və beynəlxalq matçlardan əldə etdiyi qonorarları müxtəlif xeyriyyə təşkilatlarına və ya komanda heyətinə bağışlayır. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->