Xəbər lenti

İdman 18:40 04.08.2023

"Çelsi" "Monako"nun futbolçusunu transfer etdi

"Çelsi" "Monako"nun müdafiəçisi Aksel Disasi transfer edib

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan açıqlama verilib. Açıqlamada Dissinin transfer qiyməti ilə bağlı razılığa gəlindiyi və 25 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalandığı bildirilib.

İngiltərə mətbuatında çıxan xəbərə görə, Fransa millisində dörd matçda iştirak edən Disasi üçün "Çelsi" 45 milyon avro ödəyəcək.

Üç mövsüm Monakoda çıxış edən Aksel bu müddət ərzində meydana çıxdığı 129 matçda 12 qola imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->