Xəbər lenti

Sənət 14:48 14.07.2026

"Çoban" ləqəbli müğənni Türkiyədə Azərbaycanı təmsil etdi

Qoyun otararkən oxuduğu və paylaşdığı videolarla sosial şəbəkələrdə məşhurlaşan, "Çoban" ləqəbi ilə tanınan müğənni Pərvin Səfərov Türkiyədə keçirilən "Uluslararası İstanbul Koro Festivalı"nda iştirak edib.

Müğənni Qaynarinfo-ya açıqlamasında bildirib ki, festival İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib:

"Bu festival hər il təşkil olunur. Biz də sənədlərimizi təqdim edib qeydiyyatdan keçdik və iştirak hüququ qazandıq. Festivalda iştirakımız üçün Mədəniyyət Nazirliyi bizə dəstək göstərdi. Məqsədimiz Azərbaycanın xor mədəniyyətini beynəlxalq səviyyədə təmsil etmək idi".

Pərvin Səfərov qeyd edib ki, festivalda müxtəlif ölkələrdən xor kollektivləri iştirak edib:

"Mən Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən, bəstəkar Cahangir Cahangirovun adını daşıyan xor kollektivinin solistiyəm. Festivalda Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə 32 nəfərlik xor kollektivi ilə çıxış etdik. Azərbaycan xorunun çıxışı böyük maraqla qarşılandı".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->