Xəbər lenti

Maykl Ceksonun bioqrafik filmi dünya üzrə 1 milyard dollar gəlir əldə edib
Sənət 15:46 13.07.2026

Maykl Ceksonun bioqrafik filmi dünya üzrə 1 milyard dollar gəlir əldə edib

Maykl Cekson haqqında bioqrafik film dünya prokatında 1 milyard dollar gəlir əldə edib

Pop musiqisinin kralı Maykl Cekson haqqında çəkilmiş "Maykl" bioqrafik filmi dünya prokatında rəsmi olaraq 1 milyard ABŞ dolları gəlir əldə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə filmin nümayəndələri "Instagram" sosial şəbəkəsində məlumat veriblər.

"Bilet alan, onun mahnılarını birlikdə oxuyan, obrazına uyğun geyinən və kinoteatrlara təkrar-təkrar gələn hər bir pərəstişkara təşəkkür edirik. Bu uğur sizə məxsusdur", deyə paylaşımda bildirilib.

"Variety" nəşrinin məlumatına görə, "Maykl" dünya üzrə gəlirləri 1 milyard ABŞ dollarına çatan ilk bioqrafik film olub. Eyni zamanda, ekran əsəri "Lionsgate" studiyasının tarixində ən çox gəlir gətirən filmə çevrilib.

Antuan Fukanın rejissoru olduğu "Maykl" filmi Rusiyada mayın 28-də nümayişə çıxıb. Filmdə Maykl Ceksonu onun qardaşı oğlu Cəfər Cekson canlandırıb. Məşhur müğənninin digər ailə üzvləri də ekran əsərinin hazırlanmasında iştirak ediblər. Film uşaqlara qarşı zorakılıq ittihamları mövzusuna toxunmur və əsas diqqəti Maykl Ceksonun avtoritar atası ilə münasibətlərinə yönəldir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->