Xəbər lenti

60 il səhnədə - Qocaman aktrisanın 80 illiyi qeyd ediləcək
Sənət 13:35 09.07.2026

60 il səhnədə - Qocaman aktrisanın 80 illiyi qeyd ediləcək

Bakı Uşaq və Gənclər Teatrının aktrisası, Əməkdar artist Sovqat Səmədovanın 80 illik yubileyi qeyd olunacaq. 

Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, yubiley tədbiri iyulun 11-də Qurban Abbasov adına Mədəniyyət Sarayında təşkil ediləcək. 

Hazırda teatr kollektivi yubiley gecəsinə hazırlıq işlərini davam etdirir. 

Xatırladaq ki, Sovqat Səmədova uzun illər Şəki Dövlət Dram  Teatrında uğurla fəaliyyət göstərib. O, müxtəlif illərdə  Azərbaycan dramaturgiyasının və dünya klassiklərinin əsərləri əsasında hazırlanan tamaşalarda yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sonrakı yaradıcılıq fəaliyyətini Bakı Uşaq və Gənclər Teatrında davam etdirən aktrisa bu gün də teatrın aparıcı sənətçilərindən biri kimi gənc nəslə öz sənət təcrübəsini ötürür. Sovqat Səmədova 60 ildən çoxdur ki, səhnəyə çıxır.

Yubiley tədbirində sənətkarın yaradıcılıq yoluna nəzər salınacaq, səhnə fəaliyyətindən bəhs ediləcək, həmkarları, sənət dostları və mədəniyyət ictimaiyyətinin nümayəndələri onun ünvanına təbriklərini çatdıracaqlar. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->