Sənət 11:27 28.06.2022

Cüneyt Arkın Türkiyəni yasa boğdu: "Sən mənim qəhrəmanım idin..." (FOTO)

"Yeşilçam" ulduzu Cüneyt Arkın 84 yaşında ürəyi dayanaraq dünyasını dəyişib. Sənətçinin vəfatı bütün Türkiyəni yasa boğub. Sənət və siyasət aləmindən Arkına mesajlar yayımlanıb.

Qaynarinfo Türkiyənin sənətçi və siyasətçilərinin onun haqda yazdıqları statusları təqdim edir:

Ata Demirer


 
"Biz sizi çox sevirdik, rahat yatın"

İşın Karaca


 
"Qəbriniz nurla dolsun. Məkanınız cənnət olsun, böyük ustad... Türkiyəyə başsağlığı verirəm. Çox təəssüf edirəm..."

Dərya Baykal


 
"Ürəyimizdə çox dəyərli yerin var, sağol Cüneyt Arkın..."

Hamdi Alkan


 
"Sən mənim qəhrəmanım idin.. Həmişə olacaqsan. Filmlərində çətinlik çəkənləri xilas etməyə gəldiyin an kinoteatrda coşğulu alqışlar olurdu. Səni sonsuz səyahətinlə yola salarkən, mən də alqışlayıram. Mənim sonsuz uşaq həyəcanım, hörmətim və sonsuz sevgim".

Sabahat Akkıraz


 
"Sənət ailəmizin yarpaqları tökülür. Əziz Arkın haqqa doğru addımladı. Böyük sənətkarlar ölməz, sənətləri daim yaşar. Rahat yatın. Çox təəssüf edirəm"

Fazıl Say


 
"Kədərim böyükdür. Cüneyt Arkın nur içində yatsın. Bu xalqa verdiyi hər şeyə görə, ona sevgi və hörmətlə təşəkkür edirəm”.

Əhmət Ümit


 
"Uşaq olanda bir az "Qara Murat", bir az "Malkoçoğlu", gənc olanda "Maden" filmində haqq axtaran fəhlə lideri "İlyas", "Yaralı Qurd"da qisas alan "Əli" olduq. Bizi biz edənlərdən biri də sən idin, Cüneyt abi. Allah sənə rəhmət eləsin".

Fahrettin Altun


 
"Türk kinomuzun ustad adı Cüneyt Arkının vəfatını dərin hüznlə öyrəndim. Hər zaman sevgi və hörmətlə anılacaq dəyərli sənətçimizə Allahdan rəhmət, ailəsinə başsağlığı verirəm. Pərəstişkarları və sənət ictimaiyyətimiz yas içindədir".

İbrahim Kalın


 
"Qara Murad", "Malkoçoğlu", "Battal Qazi". Dünyanı xilas edən insan... Türk kinosunun əfsanəvi adı hörmətli Cüneyt Arkına Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Qəbri nurla dolsun. Hamımıza başsağlığı veririk”.

Xəyal Abdullayev