Xəbər lenti

Daha bir idmançımız dünya çempionatından qələbə ilə qayıdır
İdman 10:57 26.10.2022

Daha bir idmançımız dünya çempionatından qələbə ilə qayıdır

Misirin paytaxtı Qahirədə atıcılıq idmanı üzrə keçirilən Dünya Çempionatında Ruslan Lunyov gümüş medal qazanıb.
 
Qayanrinfo-nun məlumatına görə Lunyov iriçaplı tapançadan 25 metr məsafəyə cəld atəş üzrə ikinci yeri tutub. Atıcımız 60 atəşdən 584 xal toplayıb.

33 yaşlı atletimiz karyerasında 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahibdir. Ruslan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kapitan rütbəsində xidmət edir.
 
Dünya Çempionatından idmançımız Nigar Nəsirova bürünc medalla qayıdıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->