Xəbər lenti

DÇ-2026: Gecənin bütün oyunları
İdman 09:01 16.06.2026

DÇ-2026: Gecənin bütün oyunları "sülh"lə bitdi

Futbol üzrə dünya çempionatında Belçika Misirlə qarşılaşıb.

Qaynarinfo-nun məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.

Afrikalıların heyətində Emam Aşur (19), Avropa təmsilçisində isə Romelu Lukaku (66) diqqət mərkəzinə düşüb.

Ötən gecə həmçinin Səudiyyə Ərəbistanı - Uruqvay oyunu keçirilib. Mayami stadionunda baş tutan H qrupunun matçında tərəflər hərəyə 1 qol vurublar.

Görüşdə hesabı asiyalılar açıblar. 41-ci dəqiqədə Abdulelah Alamri fərqlənib. Uruqvaylılara 1 xal qazandıran qolu 80-ci dəqiqədə Maksimiliano Arauxo vurub.
 
İran isə Yeni Zelandiya ilə qarşılaşıb. Okeaniya dövləti oyunda ilkin qola imza atıb. Belə ki, Yeni Zelandiya yığmasının heyətində Elayja Cast 7-ci dəqiqədə fərqlənib. Oyunun 32-ci dəqiqəsində İran futbolçusu Ramin Rezayan hesabı bərabərləşdirib.

Lakin ikinci hissədə Elayja Cast dubla imza atsa da, Məhəmməd Muhibbi qolun əvəzini 64-cü dəqiqədə çıxıb. Gərgin keçən matçda hesab dəyişməyib - 2:2.
--> -->