Xəbər lenti

İdman 14:17 13.07.2023

Dele Allidən şok etiraflar: "11 yaşım olanda qonşu bir kişi məni..."

"Everton"un futbolçusu Dele Alli uşaqlıq illəri ilə bağlı şok etiraflar edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu 6 yaşında cinsi istismara məruz qaldığını göz yaşları içində açıqlayıb. 27 yaşlı futbolçu Qari Nevilin "YouTube" kanalı "The Overlap" açıqlamalar verib.
 
"Tottenhem"də parladıqdan sonra gözlənilən səviyyəyə yüksələ bilməyən Alli həyatındakı travmalardan danışıb. "Beşiktaş"da icarə müqaviləsi bitdikdən sonra "Everton"a keçən yarımmüdafiəçi açıqlamasında bu sözləri deyib:

"Bir səhər oyandım. Məşqə getməli idim, o zaman Mourinyo məni oynatmağı dayandırdı. Güzgüyə baxdığımı xatırlayıram. Bu dramatik səslənə bilər, amma həqiqətən güzgüyə baxıb "24 yaşımda karyeramı bitirə bilərəmmi?" - deyə düşünürdüm. Bilirsiz, sevdiyim işi edirəm. Mənim üçün ürəyimi parçalayan bir vəziyyət idi”.
 


"Həmişə özümlə mübarizə aparmışam. Döyüşdə qalib gəlirdim, gülümsəyirdim, xoşbəxt olduğumu göstərirdim, amma içimdə mütləq döyüşü uduzurdum.Travma travmadır və bədəniniz nə olur olsun hiss edir. Həyatımı bilsəydiniz, bunu daha yaxşı başa düşərdiniz. Başqalarına kömək etmək istəyirəm ki, onlar öz hisslərində tək deyillər və bilsinlər ki, kömək almaq zəiflik əlaməti deyil.

"Altı yaşım olanda anamın daimi dostu tərəfindən sıxışdırıldım, anam içki aludəçisi idi. Sonra intizamı öyrənmək üçün Afrikaya aparıldım və geri göndərildim. Yeddi yaşımda siqaret çəkməyə, səkkiz yaşımda narkotik satmağa başladım. Yaşlı bir insan mənə dedi ki, velosiped sürən oğlanı saxlaya bilməyəcəklər. Ona görə də futbol topumla ətrafda gəzəcəyəm və gizli şəkildə narkotik satacağam. 11 yaşım olanda qonşu bir kişi məni körpüdən aşağı sallamışdı. 12 yaşımda övladlığa götürüldüm. Həmin vaxtdan özümü gözəl bir ailə tərəfindən övladlığa götürülmüş kimi hiss etdim”.
 


Əslində heç vaxt problemlərin öhdəsindən gəlmədim. Böyüyən problemlərlə, travmalarla və emosiyalarımla mübarizə aparmağa çalışırdım. Məni övladlığa götürən ailənin üzvü, qardaşım bəzən məni kənara çəkib ağlamamı və hisslərimi söyləməyimi xahiş edirdi, amma bacarmadım. Bir neçə il özümü itirdim, hamını itələyirdim, həyatımı xilas edən valideynlərim ağlayanda, nələr baş verdiyi söyləməyimi istəyəndə, bunu edə bilmədim".

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?