Xəbər lenti

Deputat: Gömrük auditi 20 iş günü müddətində aparılır, azaltmaq lazımdır
Ekonomiks 16:41 29.04.2026

Deputat: Gömrük auditi 20 iş günü müddətində aparılır, azaltmaq lazımdır

Proseslərin və sənədlərin əsaslı şəkildə elektronlaşdırıldığını nəzərə alsaq 20 iş günü kifayət qədər uzun müddətdir.

Qaynarinfo xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov Milli Məclisdə "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildririb ki, layihəyə əsasən, kameral və səyyar auditlərin aparılması nəzərdə tutulur:

"Səyyar gömrük auditi 20 iş günü müddətində aparılır. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər. Proseslərin və sənədlərin əsaslı şəkildə elektronlaşdırıldığını nəzərə alsaq 20 iş günü kifayət qədər uzun müddətdir. 20 iş günü təxminən bir ay deməkdir. Ona görə bu müddətə baxılıb azaldılmasına ehtiyac var. Dövlət qurumunun sahibkarın fəaliyyətini 1 ay müddətində yoxlaması heç də arzuolunan hal deyil".

Deputat qeyd edib ki, layhiəyə əsasən, beynəlxalq ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə, informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq məqsədilə risklərin idarəedilməsi sistemi yaradılır və avtomatlaşdırılır.

"Bu sistem avtomatlaşdırılsa da belə, "risklərin elektron idarəedilməsi sistemi” kimi nəzərdə tutulması məqsədəuyğun olardı.

Layihəyə əsasən, xarici ticarət iştirakçısının borcu onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək. Layihə borc məbləğlərində minimum həddlər müəyyənləşdirmir. Burada xüsusi meyara ehtiyac var və minimum əmək haqqı məbləği ilə əlaqələndirilə bilər. Məsələn, min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?

Layihəyə əsasəm, malların müvəqqəti saxlancda qalma müddəti 4 aydan çox olmamalıdır. Avropa İttifaqında malların müvəqqəti saxlancda qalma müddəti 90 gün nəzərdə tutulur. Digər tərəfdən, təkrar ixrac bildirişi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 150 gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanları tərəfindən ləğv edilir. Əksər ölkələrdə bu müddət 6 ay nəzərdə tutulur. Maraqlıdır ki, bu müddətlər müəyyənləşən zaman hansı praktikaya üstünlük verilib?" - deyə deputat vurğulayıb

Vüqar

--> -->