Aktyor və müğənni Cared Leto ABŞ Prezidenti Con Kennedi haqqında çəkilməsi planlaşdırılan "Assassination" trillerində əsas roldan zorlama ittihamları səbəbindən uzaqlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.
Çəkiliş qrupuna yaxın mənbələr bildiriblər ki, Cared Leto rejissor Barri Levinsonun filmi üçün danışıqlar aparıb və demək olar ki, baş rola təsdiqlənib. Mənbələrin sözlərinə görə, aktyorla müzakirələr başlamazdan əvvəl layihənin rəhbərləri ona qarşı irəli sürülən ittihamlardan xəbərdar olublar. Lakin qalmaqal geniş rezonans doğurmağa başlayandan sonra Levinson aktyoru layihədən kənarlaşdırmaq qərarına gəlib.
İyulun 29-da BBC on qızın Cared Letonu zorakılıq və təqibdə ittiham etdiyini yazıb. İddialara görə, hadisələrdən dördü yetkinlik yaşına çatmayan şəxslərlə bağlı olub. Ehtimal edilən zorakılıq halları 2002–2016-cı illər arasında baş verib.
Daha sonra Letonun keçmiş həmkarlarından biri onunla işləməyin narahatlıq yaratdığını bildirib.
"O, yaxşı insan deyil. Onun gözlərində heç bir hiss görünmür. Onunla işləyərkən dəhşətli atmosfer vardı və o, ətrafındakı insanlarda narahatlıq yaradırdı. Hətta bizimlə danışmağa çalışanda belə, onunla ünsiyyət qurmaq çox çətin idi", deyə anonim mənbə bildirib.
Aydın
Şərhlər