Xəbər lenti

“DİM öz funksiyasını yerinə yetirə bilmir”- Ekspert
Ölkə 12:22 19.09.2023

“DİM öz funksiyasını yerinə yetirə bilmir”- Ekspert

"Dünyanın heç bir ölkəsində qruplar üzrə ali məktəblərə qəbul qaydası yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli valideynlərin qəbul imtahanlarına düşən fənlərin sayının çox olması ilə bağlı narazılıqlarına münasibət bildirərkən deyib. 

Ekspert bildirib ki, bütün dünyada qəbul yalnız ixtisaslar üzrə aparılır: 

"Yaxşı olar ki, 2024-2025-ci ildə qəbul imtahanlıarında bu sistem nəzərə alınsın. Abituriyentlərin qəbulu zamanı işlər qruplar deyil, ixtisaslar üzrə aparılsın. Bundan əlavə qəbul imtahanlarına düşən fənlərin sayının çoxluğuna gəlincə, bu mütləq nizamlanmalıdir. Bu məsələ birbaşa Elm və Təhsil Naziliyi ilə razılaşdırılmalıdır. Əgər razılıq olmasa, böyük ehtimalla həllini tapmayacaq”.  

Məzahir Məmmədli qeyd edib ki, Dövlət İmtahan Mərkəzi öz funksiyasını yerinə yetirə bilmir: 

"Bir qrum həm testi hazırlayıb, həm də qəbul imtahanlarını həyata keçirə bilməz. Bunun ikisindən birini etməlidir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->