Xəbər lenti

Dövlət Departamenti Trampın Ukraynaya yardımı kəsmək çağırışlarına reaksiya verdi
Dünya 14:20 10.08.2023

Dövlət Departamenti Trampın Ukraynaya yardımı kəsmək çağırışlarına reaksiya verdi

Dövlət Departamentinin spikeri Metyu Miller ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynaya dəstəyi əhəmiyyətli dərəcədə azaltmaq çağırışlarına cavab verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb

Jurnalist Millerdən soruşub: "Hazırda respublikaçılar arasından açıq-aşkar öndə gedən Donald Tramp Ukraynaya dəstəyin əhəmiyyətli dərəcədə azalmasından danışır və digər respublikaçılar da buna bənzər şeylər deyirlər. Siz prezident Zelenski və onun müttəfiqlərinin ABŞ-ın bu kursu davam etməyəcəyinə dair narahatlıqlarını hiss edirmisiniz? Bəlkə Putinə sadəcə vaxtı uzatmaq sərf edir?”

Cavabında Miller deyib ki, o, "siyasəti şərh etməyəcək”, ona görə də sualın birinci hissəsini cavablandırmayacaq. 

"Ancaq xarici müttəfiqlərlə danışıqlarımıza gəldikdə, biz iki şey etməli olduğumuzu açıq şəkildə bildirdik. Birincisi, hazırda mübarizə aparan Ukraynanı dəstəkləməyə davam etmək, ikincisi, istər burada ABŞ-da, istərsə də eyni uzunmüddətli təhlükəsizlik öhdəliklərini imzalamış müttəfiqlərimiz və tərəfdaşlarımız arasında istənilən administrasiyadan, istənilən hökumətdən daha uzun müddət davam edəcək təhlükəsizlik sazişləri bağlamaqdır”. 

Onun sözlərinə görə, ABŞ hazırda Ukrayna ilə bu təhlükəsizlik öhdəliklərinin necə görünməsi ilə bağlı danışıqlar aparır.

"Biz ABŞ Konqresi ilə Ukrayna üçün hazırkı və uzunmüddətli maliyyələşdirməmizin necə olması barədə danışıqlar aparırıq və bu danışıqları davam etdirəcəyik”, - Miller bildirib. 

Miller əlavə edib ki, Konqres Ukraynanı həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcəyinə ümid edir.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Avropa ABŞ-la müqayisədə Ukrayna üçün "çox az” edir.

Onun fikrincə, Avropa ABŞ qədər, bəlkə də daha çox ödəməlidir.

Tramp həmçinin bildirib ki, yenidən seçilərsə, Avropadan Ukraynaya göndərilən silahların əvəzini tələb edəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->