XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir
Siyasət05:33 24.05.2024

Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfər edəcək.
ABŞ-nin Bakıdakı səfirliyindən Qaynarinfo-ya verilən məlumata görə, səfər zamanı Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstək, davamlı və ləyaqətli sülhə nail olmaq yolları müzakirə olunacaq.
Onun Azərbaycan və Ermənistana səfəri zamanı sülh prosesinə dəstək üçün əsas maraqlı tərəflərlə görüşləri planlaşdırılır.