Xəbər lenti

Dünya 15:25 18.09.2023

DTX Saakaşvilinin ətrafı və “Gürcüstan legionu”nun qurucusunu çevrilişdə ittiham etdi

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, 2023-cü ilin oktyabr-dekabr aylarında ölkədə dövlət çevrilişi həyata keçirmək planlaşdırılır. Xüsusi xidmət orqanının məlumatına görə, təşkilatçılar "kütləvi iğtişaşlar və terror aktları” vasitəsilə "hökuməti devirməyə cəhd edəcəklər”.

Qaynarinfo xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti çevrilişin təşkilatçılarının adlarını açıqlayıb. 

Onları siyahısında aşağıdak şəxslər var:

Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvili,

Hərbi Kəşfiyyat Xidmətinin rəis müavini Georgi Lortkipanidze,

üçüncü prezident Mixail Saakaşvilinin ətrafında olan şəxslər,

Ukraynada döyüşən Gürcü milli legionunun qurucusu Mamuka Mamulaşvili.

Kəşfiyyat xidmətinin məlumatına görə, hadisələrin inkişafı üçün bir neçə senarinin hazırlandığı iddia edilir. Bunlardan biri iri şəhərlərdə çadır şəhərciklərinin və barrikadaların yaradılması, hökumət binalarının ələ keçirilməsi və digər təxribatlardan ibarətdir. Dövlət Təhlükəsizliyi Xidməti iddia edir ki, senari "2014-cü ildə Ukraynada Avromaydana bənzətməklə” həyata keçirilə bilər.

Bundan əlavə, təşkilatçılar "terror aktı” törətməyə, yəni dinc əhalinin yerləşdiyi çadırlardan birində qumbara partlatmağa cəhd edəcəklər. Bundan sonra "gülləbaranın başlanacağı gözlənilir ki, bu da növbəti vətəndaş müharibəsi üçün münbit zəmin yaradır”.

Onların xarici dövlətlərin dəstəyi ilə planı həyata keçirməyə çalışacaqları iddia edilir. Çevrilişin son məqsədi "hökumətin zorla dəyişdirilməsidir”, - kəşfiyyat xidməti bildirib.
Onlar əlavə ediblər ki, bu planlar "çətin geosiyasi vəziyyəti nəzərə alaraq ölkənin təhlükəsizliyi üçün yüksək risklər daşıyır”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->