Ekonomiks 15:24 06.05.2022

Dünya Bankı: Azərbaycanın istehsal prosesində qaz itkisi minimuma enib

Dünya Bankı yaydığı yeni məruzədə, Azərbaycanın istehsal prosesində qaz itkisinin (fleyrinq) minimuma endiyini bildirib. 
 
Bu barədə Qaynarinfo Dünya Bankının yayımladığı statistikalarına əsasən xəbər verir
 
Keçən il, Azərbaycanda istehsal prosesində qaz itkisinin həcmi 134 milyon kubmetrə (m3) çatıb ki, 2013-cu ilin üçdə biri qədərdir. Ümumiyyətlə, dünyada istehsal zamanı itkiyə gedən qazlarda Azərbaycanın payı 0.1 faizdən də az təşkil edir. 
 
Məruzəyə görə, Azərbaycanda hər barel neftin istehsalına görə, yarım kubmetr fleyrinq var, ancaq bu rəqəm Rusiya, İraq, İran və ABŞ-da sıra ilə 7, 12, 15 və 2 kumbertdir. 
 
Son 8 ildə, Azərbaycanda fleyrinqin səviyyəsi mütəmadi azalıb. 
 
Keçən il dünyada 144 milyard kumbetr qaz fleyrinqi qeydə alınıb. Birinci yerdə Rusiya (24.5 milyard m3), ikinci yerdə İraq (17.8 milyard m3), üçüncü yerdə İran (17.4 milyard m3) və dördüncü yerdə ABŞ (8.76 milyard m3) dayanır. 
 
Dünya bankının məruzəsinə görə, keçən il dünyada qaz fleyrinqi, 382 milyon ton istixana qazlarının atmosferə buraxılmasına səbəb olub. 
 
M.Arif