Xəbər lenti

İran hava məkanını beynəlxalq reyslərə açdı
Dünya 22:20 24.06.2025

İran hava məkanını beynəlxalq reyslərə açdı

İranın hava məkanı Tehrana beynəlxalq uçuşlar üçün açıqdır.

"Report” xəbər verir ki, bunu "Flightradar24” xidməti təsdiqləyib.

"İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır", - xidmətin "X” sosial şəbəkəsində bildirilir.

Daha əvvəl İran hakimiyyəti hava məkanının İsrailin zərbələrinin fonunda hava məkanının bağlanmasını elan edib və bu qərar bir neçə dəfə uzadılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->