Xəbər lenti

Dünya 18:09 15.02.2024

"Əks halda, Netanyahu özünü bu müharibəyə görə cəzalandıracaq" - Ekspert

"Benyamin Netanyahunun başqa variantı yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu HAMAS-la müharibəni sona qədər davam etdirəcəyilə bağlı İsrail baş naziri Benyamin Netanyahunun səsləndirdiyi fikirləri şərh edərkən deyib: 

"Çünki o, anlayır ki, əgər müharibə dayansa, onun və partiyasının karyerası tənəzzülə uğrayacaq. Güman ki, mühakimə olunacaq. Onu yalnız qələbəxilas edə bilər. Buna görə də istənilən halda müharibəni davam etdirib, Qəzzani tam nəzarətə götürmək və HƏMAS-ı yox etməkdə israr edir", deyə siyasi şərhçi bildirib.
 


Həmsöhbətimizə görə, əks halda, Netanyahu özünü bu müharibəyə görə cəzalandıracaq, partiyası isə hakimiyyəti itirəcək:

"Necə ki, bundan əvvəl, 1980-ci il müharibəsi sol siyasi qüvvələrin hakimiyyəti itirməsi ilə nəticələndi. Ona görə də Netanyahu və sağçı qüvvələr müharibədə israr edirlər". 

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında tam qələbə əldə edənədək döyüşəcəklərini bildirib. O deyib ki, İsrail ordusu Rəfaha da göndəriləcək: "Biz tam qələbəyə qədər döyüşəcəyik və mülki şəxslərin döyüş bölgələrini tərk etməsinə şərait yaratdıqdan sonra Rəfahda da hərbi əməliyyatlar həyata keçirəcəyik".
 
Netanyahu onu da vurğulayıb ki, qalan israilli girovların azad edilməsinin açarı hərbi əməliyyat və "sərt diplomatiya" olmalıdır. Baş nazirin bu açıqlamaları onun atəşkəsin əldə olunması ilə bağlı hətta müttəfiqi ABŞ-ın səylərinə baxmayaraq, müharibədə israrlı olduğuna işarədir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->