XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"İmişli" ötən ay transfer etdiyi futbolçu ilə yollarını ayırdı
İdman14:01 26.08.2026

"İmişli" ötən ay transfer etdiyi futbolçu ilə yollarını ayırdı

"İmişli" klubu bir ay əvvəl heyətinə qatdığı anqolalı futbolçu Dominqos Senqui Hermenegildo ilə yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, "İmişli" iyulun 27-də 25 yaşlı futbolçu ilə "2+1" illik müqavilə imzalamışdı.