Xəbər lenti

Erdal Beşikçioğlu saxlanıldı
Dünya 09:30 30.07.2026

Erdal Beşikçioğlu saxlanıldı

Türkiyənin paytaxtı Ankarada Cumhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi Etimesqut bələdiyyəsinə qarşı "tenderə müdaxilə, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə" iddiaları ilə əməliyyat keçirilib. 

Qaynarinfo xəbər verir ki, əməliyyat çərçivəsində məşhur aktyor, bələdiyyə sədri Erdal Beşikçioğlu da daxil olmaqla 55 nəfər barəsində saxlanılma qərarı verilib.

Məlumata görə, bu ilin mart ayında Ankara Qərb Baş Prokurorluğu Hesablama Palatasının (Sayıştay) auditləri zamanı Etimesqut bələdiyyəsi və ona məxsus "Etimkent A.Ş." şirkətinin maliyyə hesabatlarında aşkar edilmiş qanun pozuntuları ilə bağlı mənimsəmə ittihamı üzrə istintaqa başlamışdı.

Həmin istintaq çərçivəsində keçirilən əvvəlki əməliyyatda 4 şübhəli saxlanılmışdı. Bundan sonra açıqlama verən Etimesqut bələdiyyəsinin sədri Erdal Beşikçioğlu istintaqın başlanmasına səbəb olan şikayətin məhz bələdiyyə tərəfindən edildiyini bildirmişdi.

Beşikçioğlu vurğulamışdı ki, bələdiyyəyə qarşı siyasi motivli əməliyyatdan söhbət getmir. Onun sözlərinə görə, bələdiyyənin daha əvvəl Ankara Qərb Respublika Baş Prokurorluğuna etdiyi müraciət əsasında başlanmış istintaq çərçivəsində bələdiyyənin Sosial Yardım İşləri İdarəsində və nizamnamə kapitalı tamamilə bələdiyyəyə məxsus olan "Etimkent A.Ş." şirkətində çalışan bəzi əməkdaşlar barəsində saxlanılma və axtarış qərarları qəbul olunub.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->