Xəbər lenti

Ermənistan Rusiyaya etiraz edib
phrase_var_qaynar. 21:41 27.07.2026

Ermənistan Rusiyaya etiraz edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında erməni mallarının Rusiya bazarına çıxarılmasına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını istəyib.

Modern.az xəbər verir ki, Paşinyan telefon danışığı zamanı mövcud vəziyyətin iki ölkə arasında imzalanmış sazişlərə, eləcə də Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, yaranmış problemlərin qısa müddətdə həlli üçün Rusiya tərəfini müvafiq addımlar atmağa çağırıb.

Tərəflər, həmçinin Aİİ liderlərinin Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı referendum məsələsinə dair bəyanatını müzakirə ediblər.

Paşinyan vurğulayıb ki, belə bir referendum yalnız Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsindən və bu məsələ ilə bağlı konkret gündəm formalaşdıqdan sonra mümkün ola bilər.

Baş nazir əlavə edib ki, Ermənistan hökuməti bütün mövcud məsələləri Rusiya ilə açıq, tərəfdaşlıq və dostluq ruhunda dialoq çərçivəsində həll etməyə hazırdır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->