XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ermənistanın XİN başçısı Türkiyəyə səfərə yollandı
Dünya08:03 15.02.2023

Ermənistanın XİN başçısı Türkiyəyə səfərə yollandı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfərə yollanıb.
Qaynarinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə danışıqlarda Ermənistanın xüsusi təmsilçisi, parlamentin sədr müavini Ruben Rubinyan da var.
Mirzoyan Türkiyənin Adıyaman bölgəsində axtarış-xilasetmə əməliyyatında iştirak edən Ermənistanın xilasetmə qrupu ilə görüşəcək. Səfər çərçivəsində Mirzoyanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da qəbul edəcək.