Xəbər lenti

İdman 22:03 11.08.2023

"Everton"dan 15 milyonluq transfer

"Everton" "Sportinq"in 19 yaşlı hücumçusu Yussef Çermitini heyətinə qatıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Çermitiyə ödəniləcək məbləğin razılaşdırıldığını və portuqaliyalı futbolçu ilə dördillik müqavilə imzalandığı bildirilib. 

İngiltərə mətbuatında çıxan xəbərə görə, "Everton" bu transfer üçün Portuqaliya təmsilçisinə 15 milyon avro məbləğində transfer haqqı ödəyəcək.

Portuqaliya millisinin aşağı yaş qruplarında çıxış edən 1,92 metr boya malik hücumçu "Sportinq"in heyətində,  ötən mövsüm meydana çıxdığı 16 oyunda üç qola, iki məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?