Ölkə 14:08 31.05.2023

Fazil Mustafa məktəblərdə yer məsələsi və işsizliklə bağlı problemdən danışdı

"Məktəblərdə şagird sıxlığı məsələsi problemdir. 1000 yerlik məktəbdə 2500 şagird təhsil alır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, yeni korpusların tikilməsi nəzərdə tutulsa da, proses ləngiyir: 

"Bu da ölkədə müəyyən qədər savadsızlığa təsir göstərmiş olur".

Deputat işsizliklə bağlı məsələyə toxunaraq, bildirib ki, bunu sahibkarlığı inkişaf etdirməklə aradan qaldırmaq olar:

"Bu gün ölkədə işsizlik probleminin həll olunmaması hələ də həyəcan siqnalı kimi qalır. Büdcədən işsizliyin aradan qaldırılması üçün müəyyən qədər vəsait ayrılır. Bunların hamısı da mənasız xərclərdir. Sahibkara aşağı faizli kreditlər verilmirsə, bu sahə inkişaf etməyəcək. Ona görə görə bunun üzərində düşünülməlidir. Dövlətin əli ilə yeni iş yerlərinin açılması o qədər də effektli olmur".
 
Qafqaz Rafiqoğlu