"Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson ən bahalı yarış atının sahibi olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sports” məlumat yayıb.
"Caldwell Potter" adlı at "Tattersalls Ireland"da açıq hərracda alınıb və onun üçün 634,000 funt-sterlinq ödənilib. Bununla da 2019-cu ildəki 620,000 funt-sterlinq satış rekordu qırılıb.
82 yaşlı Ferqyuson digər atı "Hermes Allen" Sandaundakı yarış zamanı zədələndikdən sonra bu alışı edib.
Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırıb. Onun rəhbərliyi altında komanda 13 dəfə İngiltərə Premyer Liqasının, 5 dəfə ölkə kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Həmçinin, Ferqyusonun rəhbərliyi altında İngiltərə klubu Klublararası Dünya Çempionatını, Qitələrarası Kuboku, Avropa Kubok Qalibləri Kubokunu, Avropa Superkubokunu qazanıb və 4 dəfə İngiltərə Liqa Kubokuna sahib.
Aydın
Şərhlər