"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson sabiq komandasına qayıdıb.
	
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis sabiq klubunda məsləhətçi kimi fəaliyyət göstərəcək. 
	
 
Şotlandiyalı mütəxəssis 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. O, Britaniya futbol tarixinin ən titullu məşqçisidir. Klubda işlədiyi müddətdə komanda rekord sayda titul, o cümlədən İngiltərə Premyer Liqasında 13, Çempionlar Liqasında 2 qələbə qazanıb.
	
Hazırda komandanın baş məşqçisi Erik ten Haqdır.
 
Səbuhi Həsənov
             
            
Şərhlər