Dünya 19:08 09.06.2023

Finlandiyada sürət həddini 30 km aşan şirkət sahibi...

Finlandiyada cərimənin məbləği qanunu pozanın gəlirindən asılı olan differensiallaşdırılmış cərimə sistemi qəbul edilib. Ən zəngin vətəndaşlardan biri olan Andres Wyklef üçün bu, əsl başağrısı ilə nəticələnib.

Qaynarinfo "ABC News"a istinadla xəbər verir ki, Andres Viklef Aland adalarında maşınını saatda 90 kilometr sürətlə sürürmüş. Orada sürət həddi 50 km/saatdır. Sürət həddini aşdığına görəı polis onu saxlayıb.

Yerli mediaya danışan Viklef qaydaları pozduğunu bildiyini və sürətini azaltmağa çalışdığını, lakin bunu kifayət qədər tez edə bilmədiyini deyib.

O, Alandın əsas qəzeti Nya Aaland-a deyib: "Mən həqiqətən buna görə təəssüflənirəm". Viklef buna görə 10 gün müddətinə sürücülük vəsiqəsindən məhrum edilib.

Finlandiyanın Day-Fine sisteminə əsasən, fiziki şəxsin gəliri hüquq-mühafizə orqanları tərəfindən sonradan ona tətbiq edilən cərimənin məbləğinin müəyyən edilməsində əsas amildir. Finlandiya 1921-ci ildə bu sistemi tətbiq edən ilk Skandinaviya ölkəsi olub və o vaxtdan bəri bir sıra Avropa ölkələri buna əməl ediblər.

Bu, 10 milyon dollarlıq Wiklöf holdinqinin sahibi olan Viklofun yol hərəkəti qaydalarını pozduğu ilk hal deyil. Son on ildə o, sürət həddini aşdığına görə 300 min dollardan çox cərimə ödəyib.

Alpər