Xəbər lenti

Fransa sakini bilet seçərkən səhv etdi və lotereyada 17 milyon avro uddu
Dünya08:20 03.02.2023

Fransa sakini bilet seçərkən səhv etdi və lotereyada 17 milyon avro uddu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa sakini elektron biletin oynanılma tarixini seçərkən səhv edərək lotereyada 17 milyon avro udub. 
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, Fransanın qumar oyunları üzrə tənzimləyicisi "Francaise des jeux”un məlumatına görə, bu, yanvar ayında baş verib.
İnternet vasitəsilə oynayan iştirakçı "13-cü cümə günü bəxtini sınamaq istəyib, amma təsadüfən tarix seçərkən səhv edib və 14 yanvarı qeyd edib”.
İndi kimliyini açıqlamaqdan imtina edən 40 yaşlı Fransa sakini işini atıb bizneslə məşğul olmaq, ev almaq və səyahət etmək niyyətindədir. Bundan əlavə, qalib "supermarketdən ət almağı dayandırıb, birbaşa qəssabdan almağa başlamağı" planlaşdırır.
Alpər