Xəbər lenti

Bayılda yolun aylardır bağlı qalması sakinlərin narazılığına səbəb olur (VİDEO)
Ölkə23:50 17.10.2026

Bayılda yolun aylardır bağlı qalması sakinlərin narazılığına səbəb olur (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yolu aylardır nəqliyyatın hərəkətinə bağlanması sakinlərin narazılığına səbəb olur.

Söhbət Səbail rayonu, Bayıl qəsəbəsi, Cavidan İbrahimli küçəsindən gedir.

Ərazi beton piltələrlə bağlanıb.

Sakinlər deyir ki, gündəlik gediş-gəliş yolları olan ərazidə heç bir təmir işinə başlanmayıb. Aşağıdan keçən yollar tıxac, yuxarıdakı alternativ yol da aylardır ki, bağlıdır.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri həyata keçirilir. Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiya şirkətinin mütəxəssisləri tərəfindən ərazidə geoloji tədqiqat işləri aparılır. İşlər yekunlaşdıqdan sonra müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.//Xəzər TV