
Dünyanın ən varlı şəxsləri mümkün nüvə müharibəsi və ya qlobal fəlakət zamanı sığına biləcəkləri təhlükəsiz bölgələr axtararkən, Cənubi Amerika ölkəsi Argentina milyarderlərin yeni sevimli məkanına çevrilib.
Qaynarinfo xəbər verir ki, “PayPal” və “Palantir” şirkətlərinin qurucularından biri olan Piter Til Argentinanın paytaxtı Buenos-Ayresdə 12 milyon dollarlıq malikanə alıb. Qətər və Birləşmiş Ərəb Əmirliklərinin hakim ailələri ilə əlaqəli investorlar da Pataqoniya bölgəsində, Bariloçe şəhərinin ətrafında geniş torpaq sahələri əldə etməyə başlayıblar.

Argentina-İspaniya mənşəli texnologiya sahibkarı Martin Varsavski də bu yaxınlarda verdiyi açıqlamada Argentinanın dünyanın nüvə dövlətlərindən uzaqda yerləşdiyini vurğulayıb.
“Biz artıq Üçüncü dünya müharibəsindəyik. Çin Tayvanı, yaxud Rusiya Litvanı ələ keçirdiyi anda mən Buenos-Ayresdə olacağam. Sivilizasiyanın gələcəyi üçün ehtiyat planın olması yaxşıdır”, deyə o bildirib.
Aydın