Xəbər lenti

FTB agentləri rus oliqarxlarının sanksiyalardan yayınmasını araşdırmaq üçün Kiprə gəldi
Dünya 16:06 06.12.2023

FTB agentləri rus oliqarxlarının sanksiyalardan yayınmasını araşdırmaq üçün Kiprə gəldi

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) sanksiyaların pozulması faktlarını araşdırmaq vəzifəsi daşıyan agentləri Cənubi Kiprə gəlib. Rusiya oliqarxlarına və onların sərvətlərini gizlətməyə kömək edən şəbəkələrə qarşı qlobal repressiya güclənir.

Qaynarinfo bu barədə "The Guardian"a istinadən xəbər verir.

24 nəfərdən ibarət komanda Aralıq dənizinin şərqindəki adaya çatdıqdan dərhal sonra "Cənubi Kipr polisinə yardım etməyə" başlayacaq. Hökumət sözçüsü Yannis Antoniunun sözlərinə görə, agentlər məxfi sənədlərə girişə icazənin rəsmiləşdirilməsi məsələləri həll olunan kimi işə başlayacaqlar. İdeya ondan ibarətdir ki, onlar mümkün qədər tez Cənubi Kipr müfəttişlərinə kömək etməyə başlasınlar. Onların nou-hauları var.

Kipr dosyesi

ABŞ müstəntiqləri Moskvanın Ukraynaya müdaxiləsindən sonra yerli hüquqşünasların və mühasiblərin Kremlə bağlı iş adamlarını Avropa İttifaqının cəza tədbirlərindən qorumağa necə kömək etdiklərini sorğulayacaqlar. Buna səbəb keçən ay "The Guardian" və beynəlxalq jurnalistika partnyorlarının "Cyprus Confidential" adlı araşdırmanın dərci olub. 

Cənubi Kipr hakimiyyət orqanlarının sanksiyaya məruz qaldığı gün TUI turizm şirkətində 1 milyard funt-sterlinqlik payını köçürməyə cəhd edən Rusiyanın polad, mədən və bank maqnatı Aleksey Mordaşovun işində xüsusi yardıma müraciət edəcəyi anlaşılır.

Saziş Cənubi Kiprin əsas ofşor xidmət təminatçılarının arxivlərindən 3,6 milyon faylı ehtiva edən ən böyük maliyyə məlumatı sızması ilə ortaya çıxıb. 20 illik məlumat bazasının sızması Ukraynaya müdaxilədən sonra Rusiya və onun oliqarxlarına qarşı sanksiyaların tətbiqindən sonra həftələr və aylar ərzində baş verən əməliyyatlara işıq salıb. 

Məlub olub ki, "PwC Cyprus” mühasibatlıq firması müştərisi Mordaşovun adı Aİ-nin sanksiyalar siyahısına əlavə edildiyi gün maqnatın aktivlərinin köçürülməsində köməklik edib. "Bu, ciddi hadisədir və biz bunu araşdırmalıyıq. Cənubi Kipr səlahiyyətliləri may ayından bu işi araşdırır, lakin cavablandırılması lazım olan suallar var", deyə Antoniu bildirib. 

ABŞ-ın yeni komandasına ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsinin (finCEN) ekspertləri daxildir ki, bu şəbəkə bank əməliyyatlarının təhlili vasitəsilə sanksiyaların pozulması və çirkli pulların yuyulması ilə məşğul olur.

Cəmi bir ay əvvəl vəzifəyə keçən Cənubi Kipr prezidenti Nikos Kristodoulides dəfələrlə sanksiyaların pozulmasına "sıfır dözümlülük” elan edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->