XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
Ekonomiks21:03 16.09.2026

Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...

2027-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır.

Qaynarinfo bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Ölkədə milli valyutanın məzənnəsi 2018-ci il martın 7-dən sabitdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baxışlarını əks etdirir.

Büdcə prosesinin növbəti mərhələlərində - 2027-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənədək qeyd olunan parametrlərə dəyişikliklərin edilməsi mümkündür.